Azərbaycan Dəmir Yolları
İstedadların İdarə edilməsi üzrə Aparıcı Mütəxəssis
Son tarix 28 mar 2024 - [email protected]
İşin təsviri:
- Xidməti fəaliyyətin idarə edilməsi prosesinin ( hədəflərin müəyyən edilməsi, monitorinqi, qiymətləndirilməsi, nəticələrin idarə olunması, əməkdaşların təlimatlandırılması və prosesin icrasında dəstək göstərilməsi) həyata keçirilməsi;
- Kritik vəzifə və işçilərin təyin olunması, davamçıların müəyyən olunması prosesinin həyata keçirilməsi;
- Təlim və inkişaf mərkəzi ilə sıx əməkdaşlıq edərək davamçıların inkişaf proqramlarının hazırlanması və icrasına nəzarət edilməsi;
- Karyera inkişafı xəritəsinin hazırlanması prosesində iştirak;
- İşçilərin attestasiyası prosesinin təşkil edilməsi, təhlillərin aparılması və icrasının təmin olunması;
- Yeni işə qəbul olan əməkdaşlar üçün sınaq müddəti hədəflərinin müəyyən edilməsinin təmin olunması və izlənilməsi;
- İstedadların idarə edilməsi üzrə layihələrdə iştirak;
- İstedadların idarə edilməsi istiqamətində təlimat və qaydaların hazırlanması;
- Müvafiq olaraq hesabat və təqdimatların hazırlanması
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Ali təhsil;
- Istedadların İdarə edilməsi sahəsi üzrə 2 il təcrübə;
- Analitik düşünmə, araşdırma aparma bacarığı;
- MS office proqramları ilə sərbəst işləmə bacarığı;
- Azərbaycan və ingilis dillərini səlis bilməli
Əlavə məlumatlar:
- İş qrafiki – 5 günlük 09:00-18:00;
- Müsbət və səmərəli iş mühiti;
- Yemək xərclərinin qarşılanması
Müraciət etmə qaydaları:
Qeyd olunan tələblərə uyğun namizədlərin CV formalarını mövzu yerinə “İstedadların İdarə edilməsi üzrə aparıcı mütəxəssis” yazaraq elektron poçt ünvanına 27 Mart 2024-cü il tarixinə kimi göndərmələri xahiş olunur.