Dövlət Statistika Komitəsi urizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
ATAA: "Aviabiletlərin qiyməti turist sayının artmasına böyük çətinliklər yaradır"
FED.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,0 faiz artaraq 1 milyon 209,0 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 33,6 faiz, Türkiyəyə gedənlərin sayı 13,7 faiz artmış, İrana gedənlərin sayı 20,0 faiz azalmışdır. Ölkə vətəndaşlarının 44,3 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,1 faizi Gürcüstana, 7,4 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil etmişdir.
2023-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 28,8 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.