Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki istirahət parkının ilkin olaraq müqavilə dəyəri 4 milyon manat təşkil edir.
7,5 hektarlıq park, kafe və üzən estakada - Suqovuşanda istirahət parkı açıldı
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məbləğə parkın hər iki mərhələdə inkişafı daxildir: “Buna həmçinin layihələndirmə işləri, layihə-smeta sənədlərinin hazırlanması daxildir”. (Report)