Cari ilin oktyabr aylarında Azərbaycana gələnlərin 51 min nəfərin səfər müddəti 1-3 gecə olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu müddət ərzində səfər edənlərin sayı illik müqayisədə 10,9 min nəfər, başqa sözlə 27,2% artıb.
Keçən ilin eyni dövründə səfər müddəti 1-3 gecəlik olan şəxslərin sayı 40,1 min nəfər idi.
Bundan əlavə gecələmədən birgünlük gələnlərin sayı 2,4 min nəfər, 4-7 gecəlik gələnlərin sayı 40,6 min nəfər, 8-14 gecələyənlərin sayı 173 min nəfər, 15-21 gecəlik gecələyənlərin sayı 21,9 min nəfər, 22-28 gecəlik gələnlərin sayı 3,3 min nəfər, 29-70 gecəlik gələnlərin sayı 875 nəfər, 71-90 gecəlik gələnlərin sayı 595 nəfər olub.
Gecələmədən birgünlük gələnlərin sayı 2,1 dəfə azalıb, 4-7 gecəlik gələnlərin sayı 32,1%, 8-14 gecələyənlərin sayı 42,4% atıb, 15-21 gecələyənlərin sayı 5% azalıb, 22-28 gecəlik gələnlərin sayı 79,8%, 29-70 gecəlik gələnlərin sayı 65,1%, 71-90 gecəlik gələnlərin sayı 67,1% artıb.
Keçən ilin eyni dövründə gecələmədən birgünlük gələnlərin sayı 5,3 min nəfər, 4-7 gecəlik gələnlərin sayı 30,6 min nəfər, 8-14 gecələyənlərin sayı 15,4 min nəfər, 15-21 gecəlik gələnlərin sayı 4,3 min nəfər, 22-28 gecəlik gələnlərin sayı 1,8 min nəfər, 29-70 gecəlik gələnlərin sayı 530 nəfər, 71-90 gecə gələnlərin sayı 356 nəfər olub.