Azərbaycanda 2017-2024-cü illər üzrə turizm və ictimai iaşə sektorlarında məşğulluq göstəricilərində artım qeydə alınıb.
FED.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin söbə müdirinin müavini Günay Bayramova bildirib.
Onun sözlərinə görə, muzdlu əmək bazarı 2,7 dəfə və yaxud hər il orta hesabla 15,4% artmışdır. Turizm sektorunun muzdlu əmək bazarındakı payı 2 faiz bəndi artaraq tarixi maksimum səviyyəsinə - 3,5%-ə çatmışdır. Həmçinin 2023-cü ildə bu sahədə məşğul əhalinin sayı 95,1 min nəfər olub ki, bu da 2017-ci ilə nisbətən 29,4% çox olub.
Agentlik rəsmisi bildirib ki, müvafiq artım dinamikasının 2024-cü ildə də davam etməsi müşahidə edilib.