Bakı hotelləri bu ilin I yarısında 138 milyon 123,3 min manat xərcə qarşı cəmi 170 milyon 250,9 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da gəlirlərin xərclərdən nisbətən çox olması hotellərin 43 milyon 610,1 min manat mənfəət əldə etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 32 milyon 127,6 min manat və ya 23,3%, xərclər 24 milyon 613,8 min manat və ya 24,1%, mənfəət isə 7 milyon 513,8 min manat və ya 20,8% artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Bakı hotelləri cəmi 36 milyon 96,3 min manat mənfəət əldə etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 138 milyon 123,3 min manat, xərclər isə 102 milyon 27 min manat idi.