Bu ilin yanvar-aprel aylarında Azərbaycana 735 884 xarici vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin aprel ayında ölkəyə 227 788 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2024-cü ilin aprel ayına nisbətdə 7 faiz, cari ilin mart ayına nisbətdə isə 34,4 faiz çoxdur.
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
Rusiya - 178,3 min
Türkiyə - 132,1 min
Hindistan - 81 min
İran – 66,4 min
Gürcüstan – 34,8 min
Qazaxıstan – 26,1 min
Pakistan – 21 min
Səudiyyə Ərəbistanı – 18,4 min
Birləşmiş Ərəb Əmirlikləri – 16,2 min
İsrail – 13,6 min