2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 189 ölkəsindən 2 milyon 364 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
- Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyard dollarlıq xidmətlər göstərilib
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Gələnlərin 24,2 faizi Rusiya Federasiyası, 17,6 faizi Türkiyə, 8,1 faizi İran, 6,4 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,6 faizi Çin, 2,5 faizi İsrail, 2,4 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,5 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus və Böyük Britaniya, 1,0 faizi Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,3 dəfə, Tacikistandan - 1,7 dəfə, İordaniyadan - 49,6 faiz, Çindən - 43,1 faiz, Özbəkistandan - 38,6 faiz, Qırğızıstandan - 34,9 faiz, Yaponiyadan - 26,4 faiz, Qazaxıstandan - 20,3 faiz, Pakistandan - 12,5 faiz, İtaliyadan - 11,4 faiz, Almaniyadan - 10,3 faiz artıb.
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,7 faiz artaraq 111,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 faiz azalaraq 380,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 804,5 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 2,5 faiz artaraq 1067,7 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,7 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,6 faiz azalaraq 1947,0 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 20,5 faiz, İrana gedənlərin sayı 6,8 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2,0 faiz azalıb.
Azərbaycan vətəndaşlarının 41,6 faizi Türkiyəyə, 14,4 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,5 faizi İrana, 23,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,9 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.











