2024-cü il ərzində xarici ölkələrdən Azərbaycana 1 milyon 855,1 min nəfər turist vətəndaş gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycana ən çox turist 600,2 min nəfər olmaqla Rusyadan gəlib.
Hindistan 235,6 min turist sayı ilə ikinci, Türkiyə 163,9 min tuist sayı ilə 3-cü pillədə qərarlaşıb.
Ötən il ərzində 95,5 min nəfərdən çox turist Səudiyyə Ərəbistanından Azərbaycana gəlib.
Qazaxıstandan gələn turistlərin sayı isə 72,1 min nəfər təşkil edib.
Pakistandan gələnlərin sayı 74,9 min nəfər, Gürcüstandan gələnlərin sayı 62,9 min nəfər olub.
Ən az turist isə Suriya (353 nəfər), Norveç (1 728 nəfər) olub.