Azərbaycandan Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib.
Eləcə də bax: Səudiyyə Ərəbistanı «Həcc layihəsi»nə – 12 MİLYARD DOLLAR YATIRIR
FED.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək.
QMİ-dən həmçinin bildirilib ki, bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.