FED.az xəbər verir ki,Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Açıq Tender Elan Edir
Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot- 1. Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tikintinin davamı).
Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı zəruri sənədlərə malik olmalıdırlar:
-tikinti- quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;
-müəssisənin maddi -texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
-səhiyyə obyektlərinin təmir- tikintisi sahəsində ən azı 3 illik iş təcrübəsi və maliyyə dövriyyəsi (10,0 milyon manatdan az olmamaq şərtilə) haqqında təsdiq edilmiş sənədləri olan müəssisələrə üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar Lot üçün 300,00 (üç yüz) manat iştirak haqqını qeyd olunmuş hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 565- 12- 41) ala bilərlər.
Rekvizitlər:
B1. Benefisiar (alan) bank/
Beneficiary Bank
Adı/Name DXA
Kodu/Code 210005
VÖEN/INT 1401555071
M h Corr.Acc. AZ41NABZ01360100000000003944
S.W.I.F.T./S.W.I.F.T.CTREAZ22
B2. Alan müştəri/ Beneficiary
Adı/Name AR Səhiyyə Nazirliyi
HesabAccount № AZ81CTRE00000000000002128201
VÖEN/INT 1400049171
Fond 7, maddə 142340
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikiqat bağlı zərfdə 25 oktyabr 2018-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsli və surəti sözləri qeyd edilməlidir.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar aşağıdakı sənədləri zərfdə 18 oktyabr 2018-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığı, gələcəkdə davamlı şəkildə mənfəətli olduğunu nümayiş etdirən sənədlər, auditdən keçirilmiş balans vərəqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır.
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;
- iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;
- tender təklifi zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə qalmalıdır.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.
Tender təkliflərinin təqdiminin son tarixi 25 oktyabr 2018-ci il saat 17.00-dır.
Tenderin açılışı 26 oktyabr 2018-ci il saat 15.00-da olacaqdır.
Xəstəxana tikintisi üçün – TENDER ELANI
09:38
14 Sen 2018