Rəsmi məlumatlara görə, Vergilər Nazirliyi (VN) 2018-ci ilin əvvəlindən indiyədək dövlət satınalmaları çərçivəsində müxtəlif malların və xidmətlərin satın alınması üçün 54 müqavilə bağlayıb. Müqavilələrin ümumi məbləği 15 milyon 372,9 min manat təşkil edib.
FED.az xəbər verir ki, nazirliyin ən yüksək məbləğdə bağladığı müqavilə “Caspel” MMC ilə 4 mln 228,2 min manatlıq müqavilə olub.
Nazirliyin ən çox müqavilə bağladığı şirkət “Dostluq Trading” MMC -dir. Bu şirkətlə bağlanan 6 müqavilənin ümumi məbləği 434,1 min manat olub.
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
VNnin 5 saylı Ərazi Vergilər İdarəsi | "MBA" LTD | 5 saylı Ərazi Vergilər İdarəsi üzrə cari ilin sonunadək vergi ödəyicilərində səyyar vergi yoxlamalarının keçirilməsi zamanı vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə ortaya çıxan məsələlərin izah olunması üçün ekspert (mütəxəssis) xidmətləri | 6800.00 |
VN | İLF Beratende İngenieure GmbH Şirkətinin Azərbaycan Respublikasındakı Filialı | Texniki nəzarətin həyata keçirilməsi (məsləhətçi xidmətinin göstərilməsi) | 377600.00 |
VN | Araz Ltd MMM | Qeyri-yaşayış sahəsinin icarə haqqı | 20248.80 |
VN Tədris Mərkəzi | Dostluq Trading MMC | Dəftərxana və təsərrüfat malları | 10879.60 |
VN | McKinsey and Company (Azerbaijan), INC şirkətinin Azərbaycan Respublikasındakı Filialı | Ekspertiza-məsləhət xidməti | 1500000.00 |
VN yanında Bakı Şəhər Lokal Gəlirlər Departamenti | Halal-P MMC | Kartriclər | 37349.36 |
VN Tədris Mərkəzi | Evim Tekstil MMC | Xüsusi geyim formaları | 19964.42 |
VN 8 saylı Ərazi Vergilər İdarəsi | Adventa Co MMC | 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binası və əhatə dairəsinə daxil olan İmişli və Ağcabədi şəhərlərində yerləşən Vergi ödəyicilərinə Xidmət Mərkəzlərinin inzibati binalarının isitmə və soyutma sistemlərinə texniki xidmətlər | 5734.80 |
VN 5 saylı Ərazi Vergilər İdarəsi | Adventa Co MMC | 2018-ci ilin iyul ayından etibarən cari ilin sonunadək idarənin inzibati binasının və əhatə dairəsinə daxil olan rayonlarda (Neftçala, Salyan, Saatlı, Sabirabad və Hacıqabul) yerləşən Xidmət Mərkəzlərinin isitmə və soyutma sisteminə texniki xidmətlər | 5734.80 |
VN yanında Bakı Şəhər Lokal Gəlirlər Departamenti | Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının Azərekspertiza Birliyi | Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə və ortaya çıxan məsələlərin izah olunması üçün ekspert (mütəxəssis) xidmətləri | 23750.00 |
VN | Azərbaycan Dövlət İqtisad Universiteti | Azərbaycanın vergi jurnalı | 37500.00 |
VN | Caspel MMC | İP telefoniya sisteminin qurulması işləri | 1004963.17 |
VN | Caspel MMC | Texniki avadanlıqlar, elektrik malları və quraşdırma işləri | 523865.93 |
VN Tədris Mərkəzi | Nat Corp MMC | Avadanlıqlar | 9952.12 |
VN | Halal-P MMC | Katriclər | 48935.78 |
VN | AQS Group MMC | Konsaltinq xidmətləri | 21240.00 |
VN yanında Milli Gəlirlər Departamenti | Halal P MMC | Katriclər | 38564.76 |
VN Tədris Mərkəzi | Təmizkom MMC | Cari təmir işləri | 18495.53 |
VN | Azərmaş MMC | Nəqliyyat vasitələri | 209999.88 |
VN | HN Construction MMC | Əsaslı təmir işləri | 443537.44 |
VN | HN Construction MMC | Cari təmir işləri | 350504.23 |
VN yanında Bakı Şəhər Kiçik Sahibkarlıqla İş Departamenti | Halal-P MMC | Katric, toner malları | 41507.68 |
VN yanında Bakı Şəhər Kiçik Sahibkarlıqla İş Departamenti | Dostluq Trading MMC | Dəftərxana və təsərrüfat malları | 49975.95 |
VN yanında Bakı Şəhər Kiçik Sahibkarlıqla İş Departamenti | Express Kuryer MMC | Poçt kuryer xidməti | 49885.00 |
VN yanında Milli Gəlirlər Departamenti | Dostluq Trading MMC | Dəftərxana və təsərrüfat malları | 49485.07 |
VN yanında Bakı Şəhər Lokal Gəlirlər Departamenti | Dostluq Trading MMC | Dəftərxana və təsərrüfat malları | 45682.99 |
VN | Azedunet MMC | İT infrastrukturunun təkmilləşdirilməsi işləri | 191951.80 |
VN | Maxmedia MMC | Dizayn, video çarxların hazırlanması işləri | 428882.80 |
VN | Office Lines MMC | Dəftərxana ləvazimatları | 596932.50 |
VN | Dostluq Trading MMC | Təsərrüfat malları | 278074.08 |
VN | Bestpack MMC | Poliqrafiya məhsulları | 419028.17 |
VN | Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyası | Televiziya verilişinin video çəkilişinin aparılması və efirdə yerləşdirilməsi xidməti | 23600.00 |
VN yanında Bakı Şəhər Lokal Gəlirlər Departamenti | F/Ş: Əhməd İsmayıl Əhməd oğlu | Kassasiya instansiyasında baxılacaq işlər üzrə hüquqi xidmət | 28000.00 |
VN Tədris Mərkəzi | FS Machinery MMC | İdarənin xərcləri üzrə | 9250.00 |
VN Tədris Mərkəzi | Adventa Co MMC | Abadlıq işləri | 7435.18 |
VN Tədris Mərkəzi | Havissos MMC | Ehtiyat hissələrinin dəyişdirilməsi və yenidən bərpası işləri | 6907.10 |
VN | Hed Truck Service MMC | Avtomobil ehtiyat hissələri və avtomobillərə texniki xidmətlər | 49700.10 |
VN | Paşa Travel MMC | Aviabiletlər | 107100.00 |
VN | Saffman Solutions MMC | Saytın yeni versiyasının hazırlanması işləri | 20800.00 |
VN | Nat Corp MMC | İsitmə və soyutma sistemlərinə texniki xidmətlər | 29641.60 |
VN | İmprotex Motors MMM | Nəqliyyat vasitələri | 216200.00 |
VN | Azərbaycan Dövlət Nəşriyyatı Azərnəşr | Çoxcildli kitab | 18000.00 |
VN | Cybernet MMC | Dəstək xidmətlərinin göstərilməsi və proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi işləri | 3653472.64 |
VN | ATA Texnologiya MMC | Qısa mesajların (SMS-lərin) göndərilməsi xidməti | 35400.00 |
VN | Nat Corp MMC | Yanğından mühafizə avadanlıqlarına texniki xidmətlər | 9558.00 |
VN Tədris Mərkəzi | Buxar Mühəndislik MMC | Texniki servis və sazlama xidmətləri | 11552.20 |
VN | Caspel MMC | Telefon və kommunikasiya, texniki xidmətin və dəstəyin göstərilməsi işləri | 2699423.49 |
VN | F/Ş: Atakişiyev İlham | Qeyri-yaşayış sahəsinin icarə haqqı | 169290.00 |
VN | Azərmətbuatyayımı ASC | Qəzet və jurnallara abunə yazılışı və çatdırılması xidməti | 71685.60 |
VN | Bakcell MMC | Rabitə xidmətləri | 105600.00 |
VN | Baku Boulevard Hotel Company MMC | Konfrans otaqlarının icarəsi və tədbirin təşkili işləri | 11168.00 |
VN | Lexus-Bakı MMC | Nəqliyyat vasitələri | 239000.00 |
VN | Cybernet MMC | Dəstək, texniki dəstək, inkişaf xidmətinin göstərilməsi və lisenziyalar | 800999.26 |
VN | Kastor MMC | Nəqliyyat vasitələri | 182192.00 |