“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsi (VÖEN: 1404501721) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə kənar audit xidmətinin satın alınmasına aiddir.
Layihənin ehtimal olunan qiyməti 2 Milyon 025 Min 666,67 Manatdır.
. Təkliflərin son təqdim olunma tarixi 3 Oktyabr 2025-ci il saat 18:00-dəkdir. Zərflərin açılışı da həmin tarixdə, saat 18:00-da baş tutacaq.
İştirak haqqı 1 Min Manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün iştirak haqqı ilə yanaşı, 25 Manat İstifadə Haqqı da ödəməlidirlər. Təchizatçıların sayının iki nəfərdən az olması səbəbindən satınalmanın baş tutmaması hallarından başqa, ödənilən iştirak və istifadə haqları heç bir halda geri qaytarılmır.
Əlaqələndirici Şəxs: Orxan Əliyev – Böyük Məsləhətçi
Əlaqə Vasitələri: [email protected], +994 12 310 17 70 (3814)
İddiaçılar təkliflərini 3 Oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi ünvanına təqdim edə bilərlər.
TƏBİB-in tabeliyindəki müəssisələr üzrə (tabe olduğu yuxarı təşkilatlarla birlikdə) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun 2022-ci ilin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının kənar auditi xidmətinin satın alınması