"DOST" Agentliyi növbəti təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki,Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Agentlik, "DOST" mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərinin maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi, məsləhət və təlim xidmətlərinin satın alınması təkliflər sorğusunun qalibi "DELOİTTE & TOUCHE" MMC olub.
Şirkətlə 529 112 manat məbləğində müqavilə imzalanıb.