"DOST" Agentliyi ""DOST" Agentliyi tərəfindən “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəsinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib fiziki şəxs Sahibə Paşa qızı Səfərova olub.
Ofis sahəsi üçün qalib şəxsə 970 min manat ödəniləcək.
İcarə müddəti 17 ay üçün nəzərdə tutulur və sahəsi 3000-3500 kvadrat metr olaraq müəyyən edilib.