Dövlət Sosial Müdafiə Fondunun keçirdyi tenderin qalibi məlum olub və müqavilə imzalanıb.
FED.az xəbər verir ki, DSMF 12 sentyabr 2018-ci il tarixində “ AZ AVS” MMC və “Saral İnşaat” MMC konsorsiumunun aparıcı təşkilatı olan “AZ AVS” MMC ilə müqavilə imzalayıb . Müqavilənin ümumi dəyəri 989,9 min manat olub. Belə ki, DSMF “AZ AVS” MMC ilə bağladığı müqavilənin predmeti və qiyməti aşağdakı kimi olub:
1. 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsində görüləcək əsaslı təmir işləri – 499,9 min manat
2. 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində cari təmir və abadlıq işləri – 199,9 manat
3. Aparat üzrə cari təmir və abadlıq işləri – 289,9 manat