"Lukoyl Azərbaycan" “Lukoyl” qrupu təşkilatlarının obyektlərində işləyən personal ücün firmaya aid və xüsusi geyim forması kataloquna uyğun, personal ücün xüsusi geyimlərin satınalınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tender operatorlar, elektriklər, mexaniklər və xadimələr üçün isti qış gödəkcəsi, yay gödəkcəsi, yay və qış ücün kombinezon, yay və qış kepkası, yağış plaşı və xalat alınması üzrə keçirilir.
Xüsusi geyim forması 27575-87, 12.4.031-84, 12.4.101-93, 12.4.131-83 saylı DÜİST-nin tələblərinə, texniki şərtlərə cavab verməli, yararlı, antistatik və istifadəyə uyğun olmalıdır. Tender iştirakçılarının texniki imkanları, kontraktın şərtlərinin yerinə yetirilməsini təsdiq edən lazımi sənədləri olmalıdır (xüsusi geyim formasının nümunələri, onların sertifikatları təqdim edilməlidir).
Sifarişci: “LUKOYL-Azərbaycan” QSC,
Ünvan: Azərbaycan, Bakı ş. Z.Tağıyev küç.13
Əlaqə telefonları: 499412-4974 110, 499412-4974176, e-mail: [email protected].
İşin (xidmət, təchizat) başlanma vaxtı: 02 mart 2020-ci il
İşin (xidmət, təchizat) qurtarma vaxtı: 02 mart 2023-ci il
Tender sənədlərinin tam komplekti qəbul edilmiş tenderdə iştrak üçün müraciətin, həmçinin sənaye təhlükəsizliyi, əməyin və ətraf mühitin mühafizəsi tələblərinə uyğun dərəcə anketinin ekspertizasından sonra sizin ünvana göndəriləcəkdir.
Namizədin tenderdə iştirak üçün müraciətinin və sənaye təhlükəsizliyi, əməyin və ətraf mühitin mühafizəsi tələblərinə uyğun Dərəcə anketinin təqdim edilmə müddəti: 31 yanvar 2020-ci il tarixi, 18:00-ə qədərdir.
Tender təklifinin təqdim etmə müddəti: 17 fevral 2020-ci il tarixi, 18:00-dək yuxarıda göstərilən ünvana təqdim edilməlidir.
Tenderin (1-ci mərhələ) keçirilmə vaxtı və yeri: 18 fevral 2020-ci il tarixi, 11:00.
“Namizədin tenderdə iştirak üçün Müraciətinin” və “Sənaye təhlükəsizliyi, əməyin və ətraf mühitin mühafizəsi tələblərinə uyğun Dərəcə anketinin” forması, eyni zamanda digər məlumatı dəvətdə göstərilən telefonlar və elektron poçtu vasitəsi ilə ilə əldə etmək olar.
Sizin tender təklifiniz, tenderin keçirildiyi tarixdən sonra ən azı 90 gün ərzində qüvvədə olmalıdır.