Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Bulvar" MMC-nin tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: İcra hakimiyyəti abadlıq və təmir işlərinə - 1,3 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderin qazanan şirkət "Proqres" Xüsusi Firmasıdır.
Qurum digər maşın və avadanlıqların satın alınması üçün "Proqres" Xüsusi Firmasına 4 milyon 191 min 360 manat ödəyəcək.
Qeyd edək ki, "Proqres" Xüsusi Firması 21.11.1994-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Əyyub Abbasov Yaqub oğludur.