Dünyanıns ən bahalı ticarət küçələrinin adları açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət ticarət obyektlərinin ən yüksək icarə haqqı ödədiyi küçələrdən gedir.
Əmlak bazarlarını araşdıran «Cushman & Wakefield» konsaltinq şirkəti tərəfindən hazırlanan illik reytinqə görə, Nyu-Yorkun 5-ci Avenyu prospekti 2023-cü ildən bəri ilk dəfə olaraq planetin ən bahalı alış-veriş küçələri siyahısına başçılıq edib.
Qeyd edək ki, ticarət küçələrinin bahalığı buradakı obyektlərin 1 kvadratmetrinin icarə haqqı ilə ölçülür. 1-ci yeri tutan Nyu-Yorkun 5-ci Avenyu prospektində 1 kvadratmetrin illik icarə haqqı təxminən 25 000 avroya çatır.
Ümumilikdə «Cushman & Wakefield» konsaltinq şirkəti dünyanın 147 əsas alış-veriş küçələrində kirayə qiymətləri ilə bağlı illik qlobal sorğusunu açıqlayıb.
Ümumilikdə götürəndə 2026-cı ildə bütün dünyada alış-veriş küçələrində icarə haqları illik olaraq 3% bahalaşıb. Yeri gəlmişkən, 2025-ci ildə icarə haqqı artımı 4,3% olmuşdu.
Ümumiyyətlə, araşdırılan küçələrin 49%-də kirayə artımı, 19%-də azalma, 32%-də isə dəyişməz qalıb.
Dünya liderləri və ilk 10 reytinq
Nyu-Yorkda 5-ci Avenyu adı ilə dünyada məşhur olan prospekt üç ildən sonra reytinqdə ilk yeri yenidən ələ keçirib: son bir ildə bu küçədə obyektlərin kirayə haqqı 35% artaraq ildə kvadrat metrə görə 24 998 avroya (ayda 2.083 avro) çatıb.
Dünyanın ən bahalı üç alış-veriş küçəsi aşağıdakılardır:
1-ci yer: 5-ci Avenyu, Nyu-York - ildə kvadrat metrə görə 24 998 avro (+35%).
2-ci yer: Nyu Bond küçəsi, London – ildə kvadrat metrə görə 20 642 avro (illik dəyişmə olmayıb).
3-cü yer: Via Montenapoleone, Milan – ilik icarə haqqı 1 kv.m üçün 20 000 avro (dəyişməz qalıb).
Dünyada ən bahalı yerlərin ilk onluğuna Honkonqun əsas ticarət küçəsi olan Champs-Élysées (Paris), Ginza (Tokio), Bahnhofstrasse (Sürix), Pitt Street Mall (Sidney), Myeongdong (Seul) və Kohlmarkt (Vyana) da daxil idi. Qeyd edək ki, ilk onluqda yalnız Honkonq (-6%) və Vyananın Kohlmarkt (-2%) şəhərlərində kirayə qiymətləri il ərzində azalıb.
Araşdırmanı aparan «Cushman & Wakefield» analitikləri premium pərakəndə satış bazarında bir neçə əsas dəyişikliyi vurğulayırlar:
Birinci dəyişiklik - Obyekt çatışmazlığı səbəbindən yüksək aktivlik: ötən il dünyanın ən böyük 30 ticarət küçəsində ümumi sahəsi 75 700 kvadrat metrdən çox olan 153 sövdələşmə bağlanıb. Tələbatın 80%-dən çoxu bu küçələrə ilk dəfə daxil olan brendlər tərəfindən yaradılıb və məkanın demək olar ki, 90%-i beynəlxalq oyunçular tərəfindən tutulub. Ən yaxşı yerlərdə boş yerlərin sayı minimal və ya sıfıra yaxındır.
İkinci dəyişiklik - Kirayəçilərin şaxələndirilməsi: araşdırma göstərir ki, icarəyə götürülmüş sahələrin 50%-ni (və yeni açılışların 57%-ni) hələ də moda şirkətləri itəşkil edir. Amma sağlamlıq və gözəllik brendləri, qastronomiya və eksperimental pərakəndə satış formatları getdikcə daha böyük paya sahib olur.
Üçüncü aktivlik - İkinci dərəcəli və qarışıq istifadə mərkəzlərinin böyüməsi: Klassik ticarət paytaxtlarına əlavə olaraq, satış şirkətləri inkişaf etmiş yaşayış, ofis və turizm infrastrukturuna malik əraziləri də fəal şəkildə inkişaf etdirirlər - məsələn, Mayamidəki Brickell Bulvarı (+43%), Ostindəki South Congress (+20%) və Mumbaydakı Linking Road (+28%).
Bu araşdırma və məlumat nə üçün vacibdir?
Bu araşdırmanın əsas məqsədi son illər sürətlə artan onlayn satışlar fonunda, ənənəvi mağazaların vəziyyətini öyrənməkdir. Çünki internetlə alışlar artdıqca, ənənəvi mağazalara tələbat azalmaqdadır.
Araşdırma da göstərir ki, son illər dünyada mağazaların icarə haqlarındakı artım yavaşıyır. Amma fiziki flaqman mağazalar qlobal brendlərin imiclərini qurmaq və müştəriləri cəlb etmək üçün hələ də əsas vasitə olaraq qalır. Üstəlik keyfiyyətli obyektlər az olduğundan premium Avropa məkanlarında qiymətlər aşağı düşmür, əksinə artır.













