Tərtər Rayon İcra Hakimiyyəti tenderlərinin qalibini açıqlayıb.
Eləcə də bax: İcra hakimiyyəti abadlıq işləri üçün - TENDER ELAN EDİR
FED.az xəbər verir ki, tenderlərin 3-nü də "Star Construktion-12" QSC qazanıb.
İcra hakimiyyəti 3 tenderə ümumilikdə 1 milyon 275 min 286 manat xərcləyəcək.
Belə ki, qurum "Star Construktion-12" QSC-ə abadlaşdırma xidmətləri üçün 738 min 15 manat, qurğuların (tikintilərin) əsaslı təmiri (Yolların əsaslı təmiri) üçün 440 min 387 manat, yaşayış binalarının əsaslı təmiri üçün 96 min 883 manat ödəyəcək.