Azərbaycanda öz adına məsafədən istehlak krediti götürülməsinə qadağa qoymuş vətəndaşlar bu qadağaya baxmayaraq rəsmiləşdirilən kreditlər üzrə öhdəliklərdən azad ediləcəklər.
Dövlət qurumunun «qara siyahı»sında - Hansı şirkətlər var? – TAM SİYAHI
Azərbaycanda yenilik: vətəndaşlar özlərinə kredit qadağası qoyacaqlar - MƏRKƏZİ BANK AÇIQLADI
Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə bildirib.
Onun sözlərinə görə, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, banklar və bank olmayan kredit təşkilatları məsafədən istehlak krediti rəsmiləşdirməzdən və ya kredit limitini artırmazdan əvvəl müştərinin özünəqadağa tətbiq edib-etmədiyini yoxlamalıdırlar.
Özünəqadağa qüvvədə olduğu halda vətəndaşın adına məsafədən kredit rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına yol verilmir.
Belə müraciət daxil olduqda kredit təşkilatı mobil tətbiq və ya SMS vasitəsilə müştərini məlumatlandırmalıdır.
Qadağaya baxmayaraq kredit rəsmiləşdirilərsə və ya mövcud kredit limiti artırılarsa, vətəndaş həmin kredit və ya artırılmış kredit limiti üzrə öhdəlikdən azad edilir.
Mərkəzi Bankın baş direktoru bildirib ki, bu tələb özünəqadağa mexanizminin vətəndaşlar üçün nəzərdə tutduğu əsas hüquqi müdafiə təminatlarından biridir.
Yeni mexanizm vətəndaşların xəbəri və razılığı olmadan onların adına kredit götürülməsi hallarının qarşısının alınmasına və kiberdələduzluq risklərinin azaldılmasına xidmət edir.















