“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti İçərişəhər ərazisində Kiçik Qala küçəsi 19-21 nömrəli ünvanlarda 4 ədəd iaşə - restoran tipli metal konstruksiyalı obyektin, Qoşa Qala qapısının girişində 2 köşkün hazırlanması, quraşdırılması və İçərişəhər ərazisində sanitar-qovşaqların tikintisi işlərinin satınalması üçün AÇIQ TENDER ELAN EDİR
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Lot-1. İçərişəhər ərazisində Kiçik Qala küçəsi 19-21 nömrəli ünvanlarda 4 ədəd iaşə - restoran tipli metal konstruksiyalı obyektin hazırlanması və quraşdırılması işlərinin satınalınması.
Lot-2. Qoşa Qala qapısının girişində 2 ədəd köşkün hazırlanması və quraşdırılması işlərinin satınalınması.
Lot-3. İçərişəhər ərazisində sanitar-qovşaqların tikintisi işlərinin satınalınması.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli (əlaqələndirici şəxs: Mahir Əhmədovdan, telefon: (012) 492-24-27) ünvandan ala bilərlər.
VÖEN: 1700774621
H/h: AZ03AIIB33050019443600287106
Bank: “Kapital Bank” ASC-nin İçərişəhər filialı
Kod: 200060
VÖEN (bank): 9900003611
M/h: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub-olmamasına dair arayış.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 oktyabr 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22 oktyabr 2018-ci il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri lot-1 24 oktyabr 2018-ci il saat 11.00-da, lot-2 25 oktyabr 2018-ci il saat 11.00-da, lot-3 isə 26 oktyabr 2018-ci il saat 11.00-da, Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvanda açılacaqdır.
“İçərişəhər” də yeni obyektlər tikilir – TENDER ELANI
12:52
8 Sen 2018