"Aztelekom" MMC tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: "Aztelekom" tenderlərinin qaliblərini açıqlayıb - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, MMC 4 tender üçün ümumilikdə 1 milyon 892 min 62 manat xəclənib.
"Aztelekom" MMC-nin müqavilə bağladığı şirkətlər, tenderlər və məbləğlər aşağıdakılardır.
“Azrabitə Servis” MMC ilə Ayrılmış xətt tikintisinin satın alınması üçün 976 min 845 manat;
“Huavei International PTE” LTD ilə 26112 sayda ADSL, 8 GPON port tutumlu OLT və 2176 POTS port tutumu yaradılması üçün DSLAM avadanlığının satınalınması üçün 849 min 455 manat;
"E.H.Caspianoptimal" MMC ilə “Aztelekom”un, TKİ və TKQ-lərin istifadəsində olmuş və istismardan çıxarılmış 1800 ədəd akkumlyator batareyalarının texniki parametrlərinin yoxlanılması, istismara uyğun olanların bərpa edilməsi xidmətinin satınalınması üçün 46 min 152 manat;
"Azkoncenter N.N.R" MMC ilə “Aztelekom”un regionlar üzrə xidməti ərazilərində 1526 ədəd EATS-də istismarda olan 1620 ədəd elektrik (48 V) düzləndiricilərin və 1140 ədəd gərginlik tənzimləyicilərinin fasiləsiz işini təmin etmək məqsədilə texniki xidmətin satınalınması üçün 49 min 110 manat.