"Aztelekom" MMC tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: Gəncə İcra Hakimiyyəti 28 milyon manatllıq - XÜSUSİ GEYİM ALIR
FED.az xəbər verir ki, "Aztelekom" 4 tenderə 1 milyon 297 min 894 manat xərcləyib.
"Aztelekom" MMC "Aztelmaş" MMC ilə 5000 ədəd 6,5 metr, 650 ədəd 8,5 metr hündürlüklü akril boya ilə boyanmış dəmir dirəklərin satın alınması üçün 688 min 235 manat, rabitə xətt təsərrüfatının tikintisi və istismarı üçün tələb olunan 10 abunəçi tutumlu hermetik plastik korpuslu paylayıcı abunəçi qutusunun satınalınması üçün 152 min 503 manat məbləğində;
Hüseyn Abdullayev ilə rabitə xətt təsərrüfatının tikintisi və istismarı üçün tələb olunan mal-materialların (KKQ-1, konsol, kronşteyn, beton örtük və s.) satınalınması üçün 332 min 548 manat məbləğində;
"MAYBO" MMC ilə əməyin təhlükəsizliyi məqsədilə montyor caynaq dəstlərinin satınalınması üçün 124 min 608 manat məbləğində müqavilələr imzalayıb.