“Azərsu” ASC ““Azərsu” ASC-nin daxili vəsaiti hesabına elektrik lampaların və komplektləşdirici hissələrin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “General Supply” MMC olub.
Şirkətlə 141 694 manat məbləğində müqavilə imzalanıb.