Azərbaycanda ilin son iş günü - dekabrın 30-u dövlət satınalmaları baxımından olduqca məhsuldar keçib.
FED.az xəbər verir ki, həmin tarixdə dövlət təşkilatları 80 tenderə yekun vurub, qalibləri müəyyən edib, müqavilələr bağlayıblar.
Eləcə də bax: Dövlət satınalmalarında «Yeni İl Yarmarkası» - BİR GÜNDƏ 110 MÜQAVİLƏ!
Ümumilikdə həmin gün 6 milyon 695,1 min manatlıq satınalma həyata keçirilib. Bu vəsaitin 5-də birini «İnpeks İn» şirkəti qazanıb. Şirkətin udduğu müqavilələr ənənəvi sifarişçilərdən – kommunal xidmətdəndir. Suraxanı, Xəzər, Nərimanov və Binəqədi mənzil kommunal təsərrüfat birlikləri «İnpeks İn»ə ilin sonunda 1 milyon 387,5 min manatlıq sifariş «hədiyyə» ediblər.
Digər iri müqavilələrə gəlincə, "Azərkosmos" ASC texniki personal üzrə xidmətlərin satın alınması üzrə «AZBA Trading and Services» MMC ilə 723 min manatlüq müqavilə imzalayıb.
Nəsimi rayon mənzil kommunal təsərrüfatı birliyi isə 576,5 min manatlıq satınlam müqaviləsini "Star Construktion -12" QSC-yə verib.
Dekabrın 30-da «Arash Medical Company» MMC şirkəti Səhiyyə Nazirliyindən ənənəvi iri sifrişini alıb – 431,8 min manat.
“İsmayıllı Tikinti -27” ASC İsmayıllıda baş verən zəlzələdən sonra evlərin tikintisi üçün icra hakimiyyətinin 990 min manatıq tenderini qazanıb.
«HALAL-P MMC isə «Azərbaycan» nəşriyyatının 588 min manatlıq kağız tenderini qazanıb.