Azərbaycanın dövlət qurumları 2019-cu ilin son günlərini olduqca «məhsuldar» keçiriblər.
FED.az xəbər verir ki, dekabrın sonunda dövalət satınalmalarında müqavilələrin kəskin artımı qeydə alınıb.
Eləcə də bax: Bir gündə 15 tender müqaviləsi bağladı – 9 MİLYON MANAT
Təkcə dekabrın 29-da Azərbaycanın müxtəlif dövlət qurumları dövlət satınalmaları üzrə 110 müqavilə imzalayıblar.
Müqayisə üçün bildirək ki, dekabrın 28-i tarixində 43 müqavilə, dekabrın 27 tarixində 46 müqavilə, dekabrın 26-da 80 müqavilə, dekabrın 25-i tarixinə isə 29 müqavilə bağlanılıb.
Ümumilikdə dekabr ayı ərzində 925 satınalma müqaviləsi bağlanılıb. Bu noyabrdakı müqavilələrdən ikiqat artıqdır. 2019-cu ilin noyabrında dövlət satınalmaları üzrə 431 müqavilə, oktyabrda 561 müqavilə bağlanılıb.