Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektron satınalmaların həcmi 621,8 milyon manat olub ki, bu da ümumi satınalmaların 21,1 %-ni təşkil edib.
Dövlət satınalmalarında iştirak edən sahibkarlara arayışın verilməsi xidməti elektronlaşdırılıb - VİDEO
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların həcmi 18,9 %, ümumi satınalmalara nisbətdə xüsusi çəkisi isə 5,7 faiz bəndi artıb.
Cari il ərzində "http://Etender.gov.az" portalı vasitəsilə ümumilikdə 3 270 elektron satınalma həyata keçirilib.