Son günlər "Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Bildirilir ki, hər iki ticarət mərkəzi sökülərək yerində universitet tikiləcək.
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
FED.az xəbər verir ki, məsələ ilə bağlı "Sədərək" ticarət Mərkəzindən bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir.
"Binə" TM-in hüquqşünası Fuad Cəfərov da iddianı təkzib edib.
Qeyd edib ki, sözügedən məsələ həqiqətə uyğun deyil:
"Məsələnin haradan qaynaqlandığını bilmirik. Bu, tamamilə absurd məsələdir. "Binə" Ticarət Mərkəzi köçürülmür". (Oxu.az)














