FED.az xəbər veir ki, “Azalternativenerji” MMC Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində asfaltlaşdırma və abadlıq işlərinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR:
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində asfaltlaşdırma və abadlıq işlərinin satınalınması.
İştirak haqqı 150 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
“Azalternativenerji” MMC
VÖEN: 1701463051
H/h: AZ20IBAZ38020019441852651204
Bank: ABB-nin Mərkəz filialı
Kod: 805722
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T. BİK: IBAZAZ2X
Tender iştirakçıları təklifləri möhürlənmiş, imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etməlidirlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29 nömrəli ünvanda “Azalternativenerji” MMC-nin inzibati binasından (əlaqələndirici şəxs: Məmmədova Tamila Kamal qızından, telefon: (012) 488-01-36, daxili: 124 və ya 126) ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər:
- tikinti-quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;
- müəssisənin maddi-texniki bazası barədə təsdiq edilmiş məlumat;
Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir (www.tender.gov.az).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 oktyabr 2018-ci il saat 15.00-dək, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 2 noyabr 2018-ci il saat 16.00-dək Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 5 noyabr 2018-ci il saat 16.00-da Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29 nömrəli ünvanda, “Azalternativenerji” MMC-nin inzibati binasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Asfalt çəkmə və abadlaşdırma işləri – TENDER ELANI
12:38
8 Sen 2018