“Azərbaycan Dəmir Yolları” QSC elektron gediş kartların tətbiqi məqsədilə elektrik qatarlarında bilet satışı sisteminin yaradılması və avadanlığın təchizatçısını seçir. Seçim açıq tender üsulu ilə keçirilir.
İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi zamanı əsas meyarlar aşağıdakılardır: aşağı qiymət, göstərilən xidmətlərin yüksək keyfiyyəti, müqavilənin vaxtında icrası, təcrübə, maliyyə vəziyyəti və zəmanət müddəti.
Tenderdə iştirakın dəyəri 300 manatdır.Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı ilə müşayiət olunan təkliflər 2018-ci il fevralın 2-dək qəbul olunur. Tender proseduru fevralın 5-də baş tutacaq.