VII çağırış Milli Məclisin sədr müavini Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib.
Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLAR
FED.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında məlumat verilib.
Qeyd olunub ki, İnstitutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru Ramilə Dadaşovaya həvalə olunub.