Azərbaycan İlahiyyat İnstitutunun rektor vəzifəsini müvəqqəti olaraq təhsil ocağının Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edir.
Eləcə də bax: VI çağırış Milli Məclisin deputatları - SİYAHI
FED.az məlumat verir ki, adətən belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir: “Hazırda bu vəzifəni Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov həyata keçirir”.
Xatırladaq ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçildiyinə görə Prezident İlham Əliyevin sərəncamı ilə rektor vəzifəsindən azad edilib.
Report