2019-cu ildə Bakı Şəhəri Təhsil İdarəsinə (BŞTİ) işə qəbul üzrə 1 442 vakansiya təqdim olunub.
FED.az xəbər verir ki, bu barədə sözügedən Təhsil İdarəsindən məlumat verilib.
Eləcə də bax: Dünya ölkələrində müəllimlər - NƏ QƏDƏR MAAŞ ALIR?
Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub.
Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə və müsahibələr nəticəsində 943 nəfər daimi əsaslarla işə qəbul olunub.
Bunlardan:
414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində;
274 nəfər vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;
255 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1099 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 563 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2019-2020-ci tədris ili üçün 682 manat təşkil edir.
Modern