Rusiyanın “Arqumentı i faktı” saytı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına əsasən dünya ölkələrində ibtidai sinif müəllimlərinin orta aylıq əməkhaqqısı ilə bağlı infoqrafika hazırlayıb.
FED.az bildirir ki, 2018-ci ildə ən yüksək aylıq maaş Lüksemburqda (6200 dollar = 10540.00 AZN), ən aşağı aylıq maaş isə Latviyada (1200 dollar = 2040.00 AZN) qeydə alınıb.
Eləcə də bax: Bu universitetdə müəllimlərin maaşı - 25 FAİZ ARTIRILDI
Digər ölkələrdə isə vəziyyət belədir: Almaniya - 8571.40 AZN, İsveçrə - 8219.50 AZN, Danimarka - 6939.40 AZN, Avstraliya - 6273.00 AZN, Niderland - 5968.70 AZN, İspaniya - 5781.70 AZN, ABŞ - 5678.00 AZN, Kanada - 5657.60 AZN, İsveç - 5542.00 AZN, Norveç - 5462.10 AZN, İrlandiya - 5178.20 AZN, Finlandiya - 4804.20 AZN, Portuqaliya - 4748.10 AZN, Cənubi Koreya - 4596.80 AZN, Yeni Zelandiya - 4375.80 AZN, Fransa - 4372.40 AZN, Yaponiya - 4329.90 AZN, Yaponiya - 4306.10 AZN, Sloveniya - 4003.50, Türkiyə - 3677.10 AZN, Estoniya - 3141.60 AZN, Çexiya - 3095.70 AZN, İsrail - 3014.10 AZN, Meksika - 2947.80 AZN, Meksika - 2867.90 AZN, Yunanıstan - 2867.90 AZN, Kolumbiya - 2779.50, Polşa - 2284.80 AZN, Braziliya - 2284.80 AZN, Macarıstan - 2060.40 AZN.
Azərbaycanda isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin sentyabrın 1-ə təhsil sahəsində orta aylıq əmək haqqı 405 AZN təşkil edir. Dövlət təhsil sektorunda orta əmək haqqı 398 AZN, özəl təhsil sektorunda isə 665 AZN təşkil edir.
Maaşlar manat və dolların 25.10.2019 tarixinə olan məzənnəsinə əsasən qeyd olunub.
Qafqazinfo