Azərbaycanın tanınmış market şəbəkələrindən olan «Rahat Market»in marketləri üzrə orta dövriyyəsi məlum olub.
FED.az xəbər verir ki, şirkətin açıqladığı məlumata görə, 2022-ci ildə «Rahat Market» şəbəkəsinin illik dövriyyəsi 254 milyon manat təşkil edib.
75 marketi olan, 254 milyon satış edən «Rahat market»in sahibi – İLDƏ CƏMİ 384 MİN MANAT QAZANIB
Ev üçün yuyucu tozu düz seçirik? - Marketlərdə yuyucu tozların - FƏRQLİ QİYMƏTLƏRİ – SİYAHI
Xatırladaq ki, 2021-ci ildə «Rahat»ın illik dövriyyəsi 205 milyon manat idi və bu hesabla 2022-ci ildə satış həcmi təqribən 49 milyon manat və ya 24% artıb.
2022-ci ildə «Rahat Market» 75 mağaza ilə fəaliyyət göstərib. Daha dəqiqi ilin sonuna şəbəkənin 75 mağazası aktiv olub, amma bunlardan 4 mağaza 2022-ci ilin sonunda - dekabr ayında fəaliyyətə başlayıb.
Ən sərfəli bonus kartı olan - TİCARƏT ŞƏBƏKƏSİ HANSIDIR? – SİYAHI
Yəni ötən il «Rahat Market» şəbəkəsinin faktiki işləyən mağaza sayı 71 təşkil edib.
Şirkətin illik dövriyyəsini nəzərə aldıqda, «Rahat Market»in hər bir mağazasının orta illik dövriyyəsi 3 milyon 577 min manat təşkli edib.
Bu isə o deməkdir ki, «Rahat Market» mağazalarının orta gündəlik dövriyyəsi cəmi 9800 manat təşkil edir.