Azərbaycanın iri ticarət şəbəkələri illik göstəricilərini açıqlayırlar.
FED.az xəbər verir ki, Bakıda və respublikanın bölgələrində 75 marketə sahib olan «Rahat Market» şəbəkəsinin sahibi «ANC Group» da hesabatını açıqlayıb.
27 marketi olan, 215 milyon satış edən «Grand Mart»ın sahibi – İLDƏ CƏMİ 59 MİN MANAT QAZANIB
Azərbaycanda market şəbəkələri - BİRLƏŞDİ
«Megastore» 20 milyon manatlıq dövriyyədən - CƏMİ 4 MİN MANAT QAZANIB – RƏSMİ HESABAT
Xatırladaq ki, öz növbəsində «ANC Group» şirkəti iki şəxsə – «ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD» şirkətinə (90% paya malikdir) və Babakişiyev Cəlal Rasim oğluna (10% paya malikdir) məxsusdur.
Şirkətin açıqladığı hesabata əsasən 2022-ci ildə «Rahat Market»lərin satışdan gəlirləri, yəni illik satış dövriyyəsi 254 milyon manat olub. 2021-ci illə müqayisədə satış dövriyyəsi 50 milyon manat və ya 24% artıb.
Satışın, yəni satılan məhsulların maya dəyəri isə 219 milyon manat olub, bu göstərici isə 2021-ci illə müqayisədə 40 milyon manat və ya 22% artıb.
Nəticədə 2022-ci ildə şirkətin satışdan məcmu mənfəəti 35,4 milyon manat olub.
2022-ci ildə «Rahat Market» marketinq məqsədləri ilə 761 min manat xərcləyib. Ümumi və inzibati xərclər isə 34,2 milyon manat olub.
Nəticədə şirkətin illik fəaliyyətinin nəticəsi olaraq əməliyyat mənfəəti 384 min manat olub, beləliklə «Rahat Market»lər 2022-ci ili elə həmin məbləğdə 384 min manatlıq xalis mənfəətlə tamamlayıb.
Bu rəqəm şirkətin ötənilki göstəricisindən hələ 14% artıqdır - «Rahat Market» 2021-ci ili 337 min manat mənfəətlə tamalamışdı.
2022-ci ildə «Rahat Market»in cəmi aktivləri 21 milyon manat artaaq 79 milyon manatdan 100 milyon manata çatıb. Bunun 48 milyon manatı marketlərdə və anbarlarda olan mal-material ehtiyatları, 38 milyon maat isə digər aktivlərdir.
Şirkətin kapitalı dəyişməyib – 7 milyon manatdır.
2022-ci ildə «Rahat Market»in öhdəlekləri də sürətlə artaraq 72 milyon manatdan 93 milyon manata yüksəlib. Öhdəlikləri isə 20 milyon manat artaraq 47 milyondan 67 milyon manata yüksəlib. Əsas artım ticarət və kreitor boclarının hesabına baş verib – 38 milyon manatdan 53 milyon manata.