Azərbaycanın iti ticarət şəbəkələrindən olan «Bravo» marketlərin sayı 100-ə çatıb.
FED.az xəbər verir ki, hazırda ticarət şəbəkəsi bazarda bir neçə kateqoriyalı marketlərlə təmsil olunur. Marketlərin əksəriyyəti kiçik obyektlərdir.
Belə ki, 100 marketdən 70-i kiçik formatlı marketdir. Bundanbaşqa, şəbəkələ 14 supermarket, 3 hipermarket və 13 super stor var.
Son bir neçə ildə sürətlə genişlənən «Bravo»lar hələlik zərərlə işləyir və ictimaiyyətə açıqlanan sonuncu məlumatlara görə mənfəətə çıxmamışdı.