2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 1 009 ton kartof ixrac edilib.
Pomidor bol, gəlir az – İxracdan gəlirlər azalıb - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövründə 1 467 ton təşkil etmişdi. Beləliklə, ixrac olunan kartofun fiziki həcmi 458 ton və ya 31,2% azalıb.
Kartof ixracından əldə edilən gəlir də azalaraq 328 min 850 dollar olub. Müqayisə üçün, ötən ilin eyni dövründə bu rəqəm 458 min 530 dollar idi. Bu da illik müqayisədə 129 min 680 dollar və ya 28,3%-lik gəlir itkisi deməkdir.
Bununla belə, bir ton kartofun ixrac qiyməti 13 dollar və ya 4,3% artaraq 325,8 dollar səviyyəsinə yüksəlib. Bir kiloqram kartofun ixrac dəyəri isə manatla ifadədə 0,53 manatdan 0,55 manata yüksəlib.
Bu il ümumi ixracın 0,01%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,04%-i kartofun payına düşüb.