İrandakı müharibəyə görə, gübrə təchizatında yaranan fasilələr qlobal ərzaq qıtlığına səbəb ola bilər.
İran qida məhsullarının ixracını qadağan edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Britaniyanın «Financial Times» qəzeti bildirib.
Müharibə dünyanın ən böyük istehsalçılarından birinə təzyiq göstərdiyindən gübrə qiymətləri kəskin şəkildə artıb, onun ixracı isə azalıb.Analitiklər xəbərdarlıq edirlər ki, təchizatda fasilələr belə davam edərsə, qarşıdakı 6-10 həftə içərisində çörəyin qiyməti arta bilər.
Qəzet yazır ki, İrandakı münaqişə gübrə təchizatını pozub və qlobal ərzaq qıtlığı təhlükəsi yaradıb. Şirkət rəhbərləri və analitiklər xəbərdarlıq edirlər ki, İrandakı münaqişə Yaxın Şərqdə gübrə istehsalına və ixracına mane olur, qlobal təchizat qıtlığına səbəb olur və ərzaq qiymətlərinin artması ilə bağlı narahatlıqlar yaradır.
Yaxın Şərq dünyanın ən böyük gübrə istehsalçılarından biridir və Hörmüz boğazı gübrə ixracı üçün əsas nəqliyyat yoludur. Belə ki, dünyada ən çox istifadə olunan karbamid olduğu halda, ümumi karbamid ixracının təxminən 35%-i boğazdan keçir. Karbamid ən çox istifadə edilən azot gübrəsidir və qlobal qida istehsalının təxminən yarısına təsir edir. Bu marşrutla həmçinin fosfat gübrələrinin istehsalında əsas komponenti olan kükürd ixracının 45%-i və azot gübrələrinin əsas komponenti olan əhəmiyyətli miqdarda ammonyak da daşınır.
Avropanın ən böyük gübrə şirkəti olan «Yara»nın baş direktoru Svein Tore Holsæter bildirib ki, "Bu vəziyyəti qlobal qida istehsalı üçün potensial olaraq ciddi problemdir».
O əlavə edib ki, İran müharibəsində əsas diqqət neft və qaz sektoruna yönəldiyindən, münaqişənin gübrə sənayesinə təsiri "kölgədə qalıb". Halbuki, əgər fermerlər gübrə almasalar, ilk məhsulun məhsuldarlığı 50 faiz azala bilər.
«Lyndon B. Johnson» İctimai Səhiyyə Məktəbinin qida sistemləri üzrə mütəxəssisi Raj Patelin sözlərinə görə, təchizatda fasilələr davam edərsə, çörək qiymətləri altı-on həftə ərzində, yumurta bir neçə ay ərzində, donuz əti və broyler ətinin qiymətləri isə altı ay ərzində arta bilər.
Artıq münaqişə gübrənin qiymətinə təsir edib - gübrə qiymətləri kəskin şəkildə artıb. «Argus» xəbər verir ki, Yaxın Şərqdə dənəvər karbamid qiymətləri cümə günündən bəri təxminən 130 dollar artaraq ton başına 575 ilə 650 dollar arasında, Misir ixrac qiymətləri isə eyni dövrdə təxminən 125 dollar artaraq ton başına 610 ilə 625 dollar arasında olub.
Avropa ammonyakın qiyməti də yüksəlib, aprel ayı üzrə müqavilələrdə 1000 tonluq müqavilə üçün 1 ton ammonyakın qiyməti 725 dollara qalxıb ki, bu da fevral ayının ortalarından təxminən 130 dollar yüksəkdir.
Analitiklər hesab edirlər ki, İrandakı müharibənin ərzaq bazarına təsiri Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi nəticəsində yaranan qida şokundan daha dağıdıcı ola bilər.
Bu hücum enerji və gübrə qiymətlərinin yüksəlməsinə və qlobal ərzaq qiymətlərinin rekord həddə çatmasına səbəb olub. "2022-ci ildə qiymətlər kəskin şəkildə artdıqda, bu, gözlənilməz idi, lakin bazar uyğunlaşa bildi, çünki Rusiyadan ixrac davam edir", - deyə CRU-nun gübrə rəhbəri Kris Louson bildirib. İndi isə fərqli vəziyyətdir – çünki söhbət Hörmüz boğazının bağlanmasından gedir.
Patel bildirib ki, ərzaq bazarına təsir 2022-ci ildə daha çox hiss olunub, çünki Ukrayna əsas buğda ixracatçısı idi, lakin "bu dəfə təsir daha geniş yayılacaq".
Fasilələr artıq istehsala təsir göstərir. Keçən il 5,4 milyon ton karbamid ixrac edən və bu məhsulun qlobal ticarətinin təxminən 10%-ni təmin edən «Qatar Energy» şirkəti, bazar ertəsi günü dron hücumundan sonra «Ras Laffan» kompleksində kükürd, ammonyak və karbamid istehsalını dayandırdığını bildirdi. «Argus» şirkətinin gübrə qiymətləri üzrə rəhbəri Sara Marlowun sözlərinə görə, İran özü münaqişə səbəbindən ammonyak istehsalını dayandırıb, regiondakı digər ölkələrdəki istehsalçılar isə gəmilərin Hörmüz boğazından keçə bilməməsi səbəbindən istehsalın azaldılmasına hazırlaşırlar.
Gübrə bazarına enerji qiymətləri, daha dəqiqi enerjinin bahalaşması da təsir edir. Məsələ bundadır ki, ammonyak və karbamid kimi azot əsaslı gübrələrin istehsalı üçün əsas xammal – təbii qazdır, o da son günlər kəskin bahalaşıb.
Belə ki, «Yara» şirkətinin Avropada gübrə istehsalı üçün istifadə etdiyi qazın qiyməti Britaniya istilik vahidi üçün 10,6 dollardan 20 dollaradək, yəni ikiqat artıb.
Bu fasilə fermerlər üçün xüsusilə çətin bir vaxtda baş verir. Avropanın və Şimal yarımkürəsinin bəzi bölgələrində fermerlər ilin sonlarında məhsuldarlığa təsir edən qida maddələrini alıb payladıqda yaz gübrələməsinə başlayırlar. Holsether deyib: "Məni narahat edən odur ki, 2022-ci ildə gördüyümüz kimi, ən çox əziyyət çəkənlər ən həssas insanlardır. Biz bunun nəyə gətirib çıxardığını gördük: dünyanın bir çox yerində aclıq və qida çatışmazlığı."












