Azərbaycanın aparıcı ticarət şəbəkəsi olan «Bravo»larda daha bir Avropa brendinin mallarının satışı başlayır.
FED.az xəbər verir ki, həftə sonu – noyabrın 2-də «Bravo»nun hipermarketlərində Avropa tekstil brendi olan «MO»nun təqdimatı keçiriləcək.
«MO» brendi ailə üzvlərinin hər biri üçün dəbli, yüksək keyfiyyətli və sərfəli məhsullar təqdim edir.
«Bravo»dan verilən məlumata görə, açılış tədbiri ilə əlaqədar olaraq ilk dörd gün ərzində bütün MO məhsullarına eksklüziv 30% endirim ediləcək.
«Bu, qarderobunuzu ən son Avropa dəbi ilə yeniləmək üçün mükəmməl fürsətdir»-deyə ticarət şəbəkəsi bəyan edib.
Tədbirin keçirilmə tarixi: 2 noyabr
Məkan: Koroğlu, Radio Fabriki və 20 Yanvar Hipermarketi
Şənliklər: Xüsusi fəaliyyətlər, hədiyyələr və daha çox!
MO-nun unikal üslubunu və keyfiyyətini birinci əldən yaşamaq üçün bu şansı qaçırmayın. Sizi möhtəşəm açılışda salamlamaq üçün səbirsizlənirik!