Paytaxt bazarlarında hər növ balıq olsa da, kürü yoxdur.
FED.az-ın məlumatına görə, Azərbaycanda bu il kürü istehsalı ötən illə müqayisədə artıb. Amma bazarda kürü tapılmır.
Satıcılar deyirlər ki, ötən illə müqayisədə bazarda qara kürü azalıb.
İqtisadçı Xalid Kərimli isə hesab edir ki, dünya miqyasında bu məhsulun həcmi məhdud olsa da, tələbat çoxdur.
İqtisadçı dünya bazarında Xəzər kürüsünün Çin kürüsündən daha baha satıldığını qeyd edib.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kiloqram nərə balığı kürüsü istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, bu göstəricinin həcmi 2023-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 49 faiz və ya 203.1 kiloqram çoxdur (Xezerxeber.az).