2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kq nərə balığı kürüsü istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2023-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 203.1 kq və ya 49% çoxdur.
Belə ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 414 kq nərə balığının kürüsü istehsal edilmişdi.
Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kq nərə balığının kürüsü ixrac edilib.
Hesabat dövründə qara kürünün 1 kq orta ixrac qiyməti 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 494 manat və ya 34% artaraq 1961 manat təşkil edib. Qeyd edək ki, ötən ilin 8 ayına görə 1 kq qara kürünün orta ixrac qiyməti 1 467 manat idi.
Qeyd edək ki, qara kürü əsasən Birləşmiş Ərəb Əmirliklərinə (210 kq), Amerika Birləşmiş Ştatlara (140 kq), Qazaxıstana (40 kq), Səudiyə Ərəbistana (10kq) və Sinqapura (10 kq) ixrac edilib.Bundan başqa digər ölkələrə 60 kq qara kürü ixracı həyata keçirilib. Macarsıtana ixrac edilən kürünün ixracı isə 2 min 690 dollar təşkil edib.
Bu məhsul Birləşmiş Ərəb Əmirliklərinə 1 717 manata, Amerika Birləşmiş Ştatlarına 1 378 manata, Qazaxıstana 3 400 manata, Səudiyə Ərəbistana 3 855 manata, Sinqapura isə 3 624 manata satılıb.