Bu ilin birinci yarısında Azərbaycandan xaricə 29 milyon 389 min dollar dəyərində 76 min 930,2 ton kartof ixrac edilib.
1 ton Azərbaycan pomidorun orta ixrac dəyəri 1208 dollara yüksəlib
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, ötən ilin eyni dövründə Azərbaycandan xaricə 27 milyon 493,7 min dollar dəyərində 69 min 77,8 ton kartof satılmışdı.
Beləliklə, xaricə satılan kartofun miqdarı ötən ilin birinci yarısı ilə müqayisədə 7 min 852,4 ton (11,4%) çox olub. Xaricə kartof satışından gəlirlər isə illik müqayisədə 1 milyon 895,3 min dollar (6,9%) artıb.
Hesablamalara görə, bu il Azərbaycandan xaricə kartofun kiloqramı 65 qəpikdən ixrac ejidilib. Bu ötənilki qiymətdən bir qədər aşağıdır – 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə kartofun kiloqramı 68 manata ixrac edilmişdi.















