Bu ilin ilk 2 ayında Azərbaycandan 189,7 min dollar həcmində 530 ton kartof ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 136,1 min dollar və ya 3,5 dəfə, miqdar ifadəsilə isə 351 ton, başqa sözlə 3 dəfə çoxdur.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 53,6 min dollar dəyərində 179 ton kartof ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 0,36 dollar (təxminən 61 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,30 dollar (təxminən 51 qəpik) idi. Bu da illik müqayisədə 0,06 dollar (10 qəpik) və ya 20% bahalaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 0,01%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,03%-i kartofun payına düşüb. Ötən ilin eyni dövründə də bu göstəricilər təxminən eyni olmuşdu.












