Azərbaycanda 10 şirkətə halal məhsul istehsalı üçün sertifikat verilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən 10 fərqli məhsul qrupu üzrə “Halal” uyğunluq sertifikatı ("Halal” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam hüququna uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür – FED.az) verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Halal” uyğunluq sertifikatlarının 8-i ötən il, 2-si isə 2024-cü il ərzində verilib. Verilmiş sertifikatların qüvvədə olma müddəti 3 il təşkil edir.
“Halal” uyğunluq sertifikatını ilk alan şirkətlər arasında “Səhliyalı” Kiçik Müəssisəsi (KM) və “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyəti (ASC) olub. “Səhliyalı” KM iribuynuzlu kəsim, süd və süd məhsulları qrupu üzrə, “Siyəzən Broyler” ASC isə qanadlı heyvan kəsimi, soyudulmuş və dondurulmuş bütöv toyuq və toyuq hissələri – ürək, ciyər, pətənək və toyuq qiyməsi məshulları qrupu üzrə “Halal” uyğunluq sertifikatı alıb.
Eyni zamanda “Səliyalı” KM ötən il qanadlı, iribuynuzlu, xırdabuynuzlu heyvanların emal olunmuş, istilik emalından keçmiş ət məhsulları (qablaşdırmanı da əhatə edən yumurta məhsulları daxil olmaqla) və qablaşdırmanı əhatə edən balıq və balıq məhsulları (kürü, suşi və s.) məshullar qrupu üzrə “Halal uyğunluq sertifikatı alıb.
Aşağıdakı cədvəldə “Halal uyğunluq sertifikatı almış şirkətlərin adı və hansı məhsul qrupları üzrə sertifikatlar alındığı qeyd edilib:









![Azərbaycanda halal məhsul istehsal edən – [red]ŞİRKƏTLƏR VƏ MƏHSULLARI, SİYAHI[/red] | FED.az](upload/news/small/1386206.jpg)
![Azərbaycanda halal məhsul istehsal edən – [red]ŞİRKƏTLƏR VƏ MƏHSULLARI, SİYAHI[/red] | FED.az](upload/news/small/2052847.jpg)
![Azərbaycanda halal məhsul istehsal edən – [red]ŞİRKƏTLƏR VƏ MƏHSULLARI, SİYAHI[/red] | FED.az](upload/news/small/2673090.jpg)
![Azərbaycanda halal məhsul istehsal edən – [red]ŞİRKƏTLƏR VƏ MƏHSULLARI, SİYAHI[/red] | FED.az](upload/news/small/2931176.jpg)
![Azərbaycanda halal məhsul istehsal edən – [red]ŞİRKƏTLƏR VƏ MƏHSULLARI, SİYAHI[/red] | FED.az](upload/news/small/1275227.jpg)
![Azərbaycanda halal məhsul istehsal edən – [red]ŞİRKƏTLƏR VƏ MƏHSULLARI, SİYAHI[/red] | FED.az](upload/news/small/3771355.jpg)







