Azərbaycanın pərakəndə satış bazarı sürətlə inkişaf edir və bu bazarda market şəbəkələri əsas rol oynayır. Hər bir market zəncirinin filial sayı, onların bazardakı mövqeyini və istehlakçılarla əlaqəsini əks etdirir.
Hansı market şəbəkəsi daha çox işləyir? – FİLİALLAR, İŞ SAATLARI, SİYAHI
FED.az xəbər verir ki, satış mənəqələrinin sayına görə liderlik “Oba Market”ə məxsusdur. Nisbətən kiçik ölçülü marketlərlə xidmət göstərən şəbəkənin 1300-dən artıq filialı var və ölkənin ən geniş yayılmış market şəbəkəsidir.
İkinci sırada yer alan “Al Market” isə 900-dən çox filialı ilə xidmət göstərir.
İri ölçülü marketlər seqmentində isə şəbəkənin böyüklüyünə görə “Araz Supermarket” liderlik edir, «Araz»ın 400-dən çox filialı var.
“Bravo market” isə 137 filialla sahib olmasına baxmayaraq, xüsusilə böyük şəhərlərdə fəaliyyət göstərir və yüksək səviyyəli xidmətlər təklif edir.
Filial sayı 100-ü keçən daha bir şəbəkə isə “Rahat Market”dir.
Daha kiçik market şəbəkələri “Tam Store”, “Bolmart”, “Grandmart”, “Neptun”, “Mega Store” və “Ballı Market” isə nisbətən az filial sayına malik olsalar da, bazarda özünəməxsus mövqeləri ilə seçilirlər.
Marketlər və filial sayları haqqıda daha detallı cədvəldə:
№ |
Marketlər |
Filial Sayı |
1 |
Oba market |
1 400-dən çox filial |
2 |
Al market |
900-dən çox filial |
3 |
Araz Supermarket |
400-dən çox filial |
4 |
Bravo |
137 filial |
5 |
Rahat Market |
102 filial |
6 |
Bazar Store |
88 filial |
7 |
Tam Store |
45 filial |
8 |
Bolmart |
45 filial |
9 |
Grandmart |
32 filial |
10 |
Neptun |
25 filial |
11 |
Mega Store |
21 filial |
12 |
Ballı Market |
7 filial |