2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 123 milyon 30 min dollar dəyərində 433 min 199 ədəd smartfon idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 28 milyon 110 min manat, yəni 29,6%, miqdar ifadəsi ilə 91 min 999 ədəd (27%) çoxdur.
Ötən ilin ilk dörd ayında ölkəyə 94 milyon 920 min dollarlıq 341 min 200 ədəd smartfon gətirilib.
Bu da o deməkdir ki, 1 ədəd smartfonun idxal qiyməti təxminən 284 dollara (483 manat) başa gəlib.
Smartfonun orta idxal qiyməti son bir ildə 6 dollar (10 manat), başqa sözlə 2,1% bahalaşıb.
Ötən ilin eyni dövründə orta idxal qiyməti 4 ay üzrə 278 dollar (473 manat) təşkil edib.