Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 4,5 milyon dollarlıq xalça idxal edib.
Azərbaycan əhalisi geyim və ayaqqabıya bu il 4,4 milyard manatdan çox pul xərcləyib
FED.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 % azdır.
Avqustda Türkiyə Azərbaycana 721 min ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 43,5 % azdır.
8 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 4,5 % azalaraq 1,753 milyard dollar, avqustda isə 0,4 % artaraq 232 milyon dollar olub.