Azərbaycandan Çinə toyuq ayaqları məhsulunun idxalına icazə alınıb.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) idarə heyətinin sədri Yusif Abdullayev deyib.
O qeyd edib ki, məhsulların Çin bazarlarına idxalı üçün xüsusi icazələr lazımdır:
“Bu prosedurları Çin tərəfindən adiyyatı qurumlar təsdiq etməlidir. Potensialları müəyyənləşdirilən məhsulların siyahısı çıxarılır və AQTA tərəfindən müraciət olunur. Müraciətdə meyvə-tərəfəz, ət məhsulları var. Hazırda icazəsi olan toyuq ayaqları məhsullarıdır. Bu Çində böyük idxal potensialı olan bir məhsuldur. Azərbaycandan artıq toyuq ayaqlarının ixracına Çindən icazə alınıb". (Apa)